DƏHŞƏT: 5 yaşlı qız evdə diri-diri yandı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

DƏHŞƏT: 5 yaşlı qız evdə diri-diri yandı

DƏHŞƏT: 5 yaşlı qız evdə diri-diri yandı


Bu gün saat 11 radələrində İsmayıllı rayonunda dəhşətli yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın Kürdmaşı kəndində Mirzə Usubova məxsus evdə qeydə alınıb.

Hadisə yerinə 5 yanğınsöndürən maşın, xilasedicilər və həkimlər cəlb olunub.

Baş verən yanğının söndürülməsi üçün əraziyə İsmayıllı və Göyçay yanğından mühafizə hissələrindən 3 maşın və canlı qüvvə cəlb olunub. Hazırda yanğın davam edir və yanğınsöndürənlər hadisə yerində işləyirlər.

Yanğın nəticəsində ev sahibinin 5 yaşlı qızı Nuray yanaraq ölüb.

Çətinliklə də olsa alovun qarşısı alınıb. Yanğın nəticəsində ev tama külə dönüb.

İlkin ehtimala görə, hadisə elektrik qısaqapanması nəticəsində qeydə alınıb.

Lakin hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *