Paytaxtda polis işçisi qəza törədib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Paytaxtda polis işçisi qəza törədib

Paytaxtda polis işçisi qəza törədib


Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Şəhər şosesində qeydə alınıb.

Şosenin Zabrat qəsəbəsindən keçən hissəsində “Opel” markalı minik maşını ilə NİVA markalı avtomobil toqquşub. Qəza nəticəsində NİVA-nın sürücüsü Əliyev Cəlal Camal oğlu və “Opel”in qadın sərnişini xəsarət alıblar.

Cəlal Əliyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşıdır. O, əvvəlcə 3 saylı Şəhər Klinik Xəstəxanasına, oradan isə Daxili İşlər Nazirliyinin hospitalına aparılıb. Yaralı sərnişin isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *