Bakıda 3 nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatları » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Bakıda 3 nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatları

Bakıda 3 nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatları


Ötən gün gecə saatlarında Bakının Xəzər rayonunun Türkan qəsəbəsində 3 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 48 yaşlı Saxəddin Hacıyevin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə yüksək sürətlə qəsəbədən şəhər istiqamətində hərəkətdə olarkən idarə etməni itirib. Nəticədə avtomobil yol kənarında dayanan “MAZ” markalı yük avtomobilinə arxadan çırpılıb. Zərbənin təsirindən “Jiquli” deformasiyaya uğrayıb.

Hadisə yerinə gələn Fövqaladə Hallar Nazirliyinin xilasediciləri xüsusi alət avadanlıqların köməkliyi ilə avtomobildə sıxılıb qalan sürücü və iki sərnişini - 37 yaşlı İsgəndərov Qüdrət Ziyəddin oğlu və 21 yaşlı İbiyev Cəlal Şüveyd oğlunun meyidini çıxara biliblər. Maşında olan daha bir sərnişin 21 yaşlı Hüseynov Vüqar İbrahim oğlu isə xəsarət aldığından ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıya tibbi yardım göstərilib vəziyyəti ağır olaraq qalır.

İlkin ehtimala görə, qəza yüksək sürət və yolun qaranlıq olması səbəbindən baş verib.

Faktla bağlı Xəzər rayon polis idarəsində cinayət işi başlanıb. Qəzanın səbəblərini müəyyən etmək üçün avtotexniki və tibbi ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *