Tərtər-Goranboy yolunda dəhşətli qəza » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto, Foto

Tərtər-Goranboy yolunda dəhşətli qəza – FOTO

Tərtər-Goranboy yolunda dəhşətli qəza


Tərtər - Goranboy yolunun 2 ci kilometrliyində ağır yol qəzası baş verib.

AzNews.info-nun ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, Ağcabədi rayon Taynaq kənd sakini 28 yaşlı Səxavət Rüstəmovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil qarşıdan gələn “VAZ 21011” markalı avtomobillə toqquşub.

Zərbə nəticəsində “VAZ 2106”da olan 4 nəfər – Ağcabədi rayon Taynaq kənd sakinləri 27 yaşlı Xəyalə Nuriyeva, 51 yaşlı Nazim Rüstəmov, 45 yaşlı Cəmilə Səfərova və sürücü Səxavət Rüstəmov, digər avtomobildə olan 2 nəfər – Tərtər rayon Hacıqərvənd kənd sakinləri 28 yaşlı Azər Haqverdiyev və 25 yaşlı Təbriz Haqverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tərtər-Goranboy yolunda dəhşətli qəza
Tərtər-Goranboy yolunda dəhşətli qəza

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *