ABŞ-da 5 yaşlı oğlan 4 yaşlı bacısını güllələdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Dünya

ABŞ-da 5 yaşlı oğlan 4 yaşlı bacısını güllələdi

ABŞ-da 5 yaşlı oğlan 4 yaşlı bacısını güllələdi


Amerikanın Pensilvaniya ştatının Filadelfiya şəhərində 4 yaşlı qızı 5 yaşlı doğma qardaşı tapançadan açdığı atəş nəticəsində öldürüb.

Oxu.Az-ın Associated Press-ə istinadən xəbərinə görə, yerli polisdən bildiriblər ki, hadisə şəhərin Kensinqston rayonunda yerli vaxtla təxminən 2:30 radələrində baş verib.

Hadisə yerinə gələn həkimlər azyaşlı qızın həyatını xilas edə bilməyiblər.

Polis çavuşu Erik Qripp qeyd edib ki, hüquq-mühafizə orqanları hadisə zamanı evdə böyüklərdən kimin olmasını araşdırır. O, həmçinin əlavə edib ki, tapança uşaqların anasının dostuna məxsusdur.

Silah polis tərəfindən maddi sübut kimi götürülüb, kişi isə axtarışa verilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *