Zibillikdə yeni doğulan körpə tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Zibillikdə yeni doğulan körpə tapıldı - Bakıda ŞOK

Zibillikdə yeni doğulan körpə tapıldı

Bakıda zibilxanadan yeni doğulan körpə tapılıb.

AZXEBER.COM xəbər verir ki, hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, hadisə "Şamaxinka" adlanan ərazidə qeydə alınıb.

Belə ki, "Alov" zavodunun yaxınlığında zibilxanadan körpə uşaq çığırtısı eşidilib. Sakinlər zibil qutularından birində əskiyə bükülən yeni doğulmuş körpə görüblər.

Dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər uşağı körpələr evinə aparıblar. Müayinə zamanı zibillərin içinə atılan körpənin qız uşağı olduğu məlum olub.

Onun 20 günlük olduğu müəyyən edilib. Lakin uşağın kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *