Moskvada 5 miqrant bir qadını zorladı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Moskvada 5 miqrant bir qadını zorladı

Moskvada 5 miqrant bir qadını zorladı

Onlar qadını armaturla hədələyiblər.

Moskvada Serqey Radonejski küçəsində yerləşən binaların birinin zirzəmisində bir qrup kişi qadını zorlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat Rusiya İstintaq Komitəsinin rəsmi saytında yerləşdirilib.

Məlumata əsasən, faktla bağlı artıq cinayət işi açılıb.

İstintaqın versiyasına görə, fevralın 22-də yaşayış binasının yaxınlığında naməlum şəxslər 49 yaşlı qadına güc tətbiq edərək onu binanın zirzəmisinə aparıblar. Burada qadını armatur ilə hədələyərək zorlayıblar.

Cinayətdə şübhəli bilinən beş nəfər saxlanılıb.

“RİA Novosti” nəşrinin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumatına əsasən, saxlanılanların hamısı Qırğızıstan vətəndaşlarıdır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *