Lənkəranda ağır qəza: 5 yaralı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Lənkəranda ağır qəza: 5 yaralı

Lənkəranda ağır qəza: 5 yaralı


Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baqş verib.

AzNews.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində olub.

Belə ki, 10 DK 584 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobillə 99 ER 094 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı maşın toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, “Mercedes”in sürücüsü sərxoş vəziyyətdə olub.

“VAZ-2106”nın sürücüsü Ramin Abdullayev baş nahiyəsindən yüngül xəsarət alıb. Onun 2 yaşlı oğlu Abdullazadə Yusif Ramin oğlu alın nahiyəsindən kəsilmiş yarası, həyat
yoldaşı, 35 yaşlı Abdullayeva Mirzadə Kazım qızı ağır bədən xəsarətləri diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Abdullayeva Mirzadə Xanış qızı hamilədir. Onlar Lənkəran rayonunun Göyşaban kəndinin sakinləridir.

“Mercedes”in sürücüsü və sərnişini yüngül xəsarət aldıqlarından Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət etməyiblər.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *