Bakıda polis zabiti güllələndi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakıda polis zabiti güllələndi

Bakıda polis zabiti güllələndi

Bakıda polislərə atəş açılması hadisəsinin təfərrüatı məlum olub.

Lent.az-ın məlumatına görə, gecə saatlarında 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Bayramov İltifat Nizami oğlu digər polis əməkdaşları ilə birgə bölmənin ərazisinə gecə gəzintisinə çıxıb. Polis əməkdaşları R.Məmmədov küçəsi 12 ünvanında şübhəli hesab etdikləri şəxsi, əvvəllər məhkum olunmuş Antonov Yevgeni İqoryeviçi saxlamaq istəyiblər. Bu zaman Y.Antonov "Naqan" tipli tapançadan polislərə 4 dəfə atəş açıb.

Güllələrdən biri İ.Bayramovun buduna tuş gəlib və onun sol budunun yuxarı üçdəbir hissəsini dəlib keçib.

Yaralı polis zabiti əvvəlcə 3 saylı şəhər xəstəxanasına, oradan da DİN-in hospitalına aparılıb.

* * *10:28

Bakıda polis əməkdaşının güllələnməsinin bəzi detalları məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı, polis baş leytenantı İltifat Bayramov bir neçə polis əməkdaşı ilə birgə xidmətdə olarkən naməlum şəxs onlara tapançadan bir neçə dəfə atəş açıb. Güllələrdən biri İ. Bayramova dəyib. Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni tərədən Yevgeni Antonov tutulub. Ondan hadisədə istifadə etdiyi “Naqan” tipli tapança götürülüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

* * *10:24

Bakıda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə oktyabrın 25-dən 26-na keçən gecə Xətai rayonu ərazisində qeydə alınıb.

Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı güllələnib. Polis zabiti xəstəxanaya yerləşdirilib.

Xətai Rayon Polis İdarəsindən sayta faktı təsdiq ediblər. Polis əməkdaşının adı açıqlanmasa da, hadisəni törədən şəxsin artıq tutulduğu bildirilib.

İnsidentin motivi də hələlik açıqlanmır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *