Qüdsdə qanlı terror aktı: 4 nəfər bıcaqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Dünya, Video

Qüdsdə qanlı terror aktı: 4 nəfər bıcaqlandı – VİDEO

Qüdsdə qanlı terror aktı: 4 nəfər bıcaqlandı


Şərqi Qüdsdə yaşanan fələstin-yəhudi gərginliyi fonunda, növbəti qanlı insident baş verib. Fələstinli bir şəxs Qüdsdə Əl Əqsa məscidinin yerləşdiyi Qədim Şəhərdə gəzintiyə çıxan İsrail vətəndaşlarına soyuq silahla hücum edərək onları bıçaqlayıb.

ANS PRESS-in məlumatına görə Qüds şəhər polis idarəsinin rəisi Moşe Edrinin sözlərinə görə fələstinli cinayətkar bir yəhudi ailənin başçısını, onun həyat yoldaşını və azyaşlı övladlarına çoxsaylı bıçaq xəsarətləri yetirib, daha sonra başqa bir yəhudi kişini bıçaqlayıb.

Hücumdan sonra hər 2 yəhudi kişi yaralarının ağırlığından hadisə yerində keçinib. Ana və övladının ağır vəziyyətdə olduğu bildirilir. Fələstinli cinayətkar daha sonra yaralılardan birinin üzərində olan silahı götürərək ətrafda olan turistlərə və təhlükəsizlik qüvvələrinə atəş açıb.

Hadisə yerində olan hərbçilərdən biri cavab atəşi açaraq onu qətlə yetirib.

Qüdsdə qanlı terror aktı: 4 nəfər bıcaqlandı
Hadisənin baş verdiyi Qədim Şəhərin xəritəsi

Bundan 3 gün əvvəl Qərb Sahilində də oxşar insident nəticəsində fələstinli silahlılar maşınla ötüb keçən bir ailənin 2 üzvünü qətlə yetirmişdi.

Sentyabrın 13-də Əl-Əqsa məscidində İsrail polisi və fələstinlilər arasında toqquşma qeydə alınıb.

Əl Əqsa məscidi yaxınlığında ki toqquşma


Bunnan sonra sentyabrın 30-da fələstinli lider Mahmud Abbas BMT Baş Asambleyasında İsrailə qarşı çıxış edib. “İsrail öz üzərinə işğalçı-ölkə məsuliyyətini götürməlidir”- deyə Fələstin lideri bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *