Şabranda qəza, sürücü dünyasını dəyişdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Şabranda qəza, sürücü dünyasını dəyişdi

Şabranda qəza, sürücü dünyasını dəyişdi


Bu gun səhər saat 06:45-də Bakı-Quba yolununŞabran rayonu ərazisində ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Şabran rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayon sakini, 1978-ci il təvəllüdlü Telman Balami oğlu Məlikov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə köməkçi yoldan əsas yola çıxarkən “Ford” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində çoxsaylı bədən xəsarətləri alan Telman Məlikov Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Yük maşınının sürücüsü tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *