Lənkəranda benzin almaq istəyən maşın qəzaya düşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Lənkəranda benzin almaq istəyən maşın qəzaya düşdü

Lənkəranda benzin almaq istəyən maşın qəzaya düşdü


Lənkəranda iki maşının toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Lənkəran-Boradigah yolunda, rayonun Şağlaser kəndi ərazisindən keçən hissədə gecə saatlarında baş verib.

Şağlaser kənd sakini, 31 yaşlı Elşən Hüseynovun idarə etdiyi “VAZ-21074” markalı minik avtomobili yolun kənarındakı yanacaqdoldurma məntəqəsinə dönmək istəyərkən qarşı tərəfdən gələn Separadi kənd sakini, 57 yaşlı Fərman Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı minik avtomobili ilə toqquşub.

Güclü zərbədən Fərman Məmmədovun yanında olan həyat yoldaşı 55 yaşlı Şəfayət müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisənin dəqiq başvermə səbəbləri ekspertizanın verəcəyi rəydən sonra bəlli olacaq.

Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *