Şirvanda kredit üstündə qohumlar arasında qanlı dava düşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Şirvanda kredit üstündə qohumlar arasında qanlı dava düşdü

Şirvanda kredit üstündə qohumlar arasında qanlı dava düşdü


Şirvanda qayın yeznəsini kredit üstündə bıçaqlayıb.

AzNews.info xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə iyulun 30-da axşam saat 23:30 radələrində Şirvan şəhəri M.Əzizbəyov küçəsi 21 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.

Hacıqabul sakini 1978-ci il təvəllüdlü Elşən Əlizadə oğlu Bağıyev yeznəsi (kürəkəni) 1979-cu il təvəllüdlü Cəfərov Füzuli Vilayət oğlunu öz evində bıçaqlayıb.

Daxilə keçən və ağ ciyəri zədələyən bıçaq zərbəsi alan yaralı Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

Bıçaqlanan şəxsin qardaşı Nizami Cəfərovun bildirdiyinə görə, hadisə qohumlar arasında bankdan götürülən kredit üstündə olub. Belə ki, qayınatası Əlizadə Bağıyev kürəkənindən 5 min manat kredit götürməyi xahiş edib. Füzuli Cəfərov bankların birindən 5 min krediti öz adına götürərək qayınatasına verib. Qayınata kredit borcunun7 ayını ödəsə də sonradan borcun ödənilməsi dayandırılıb.

Nəticədə bank krediti Füzuli Cəfərovun təqaüdündən tutub. Füzuli Cəfərov qohumlarından kreditin ödənilməsini tələb edib.

Axşam radələrində Füzulu Cəfərovun evinə gələn qayınata, qayınana və qayın krediti ödəməyəcəklərini bildiriblər. Yaranmış mübahisə nəticəsində əvvəllər məhkum olunmuş Elşən Bağiyev yeznəsini bıçaqlayıb.

Hazırda Şirvan polisi tərəfindən hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *