BDU-da yapon dili müsabiqəsi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Təhsil

BDU-da yapon dili müsabiqəsi

BDU-da yapon dili müsabiqəsi


Sentyabrın 28-də Bakı Dövlət Universitetində (BDU) 13-cü Bakı yapon dili natiqlik müsabiqəsi keçirilib.

ANS PRESS-in məlumatına görə, müsabiqə BDU-nun təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dillər Universiteti və Bakı Yaponlar Cəmiyyətinin dəstəyi ilə reallaşıb.

BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəb, onun beynəlxalq əlaqələri, Yaponiya universitetləri ilə əməkdaşlığı barədə məlumat verib. Rektor BDU-da yapon dili və ədəbiyyatı ixtisasının 2000-2001-ci tədris ilində açıldığını qeyd edib. Müsabiqənin əhəmiyyəti barədə danışan A.Məhərrəmov iştirakçılara uğurlar arzulayıb.

Sonra Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxışında ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Müsabiqədə Bakı Dövlət və Azərbaycan Dillər universitetlərinin hər birindən 8 tələbə iştirak edib.

Birinci yeri tutan tələbə Moskva Beynəlxalq Tələbələrin Nitq Müsabiqəsində çıxış etmək hüququ qazanıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *