Sonuncu sınaq bu gün bitdi » AzNews.info -Xəbər portalı

Sonuncu sınaq bu gün bitdi

Sonuncu sınaq bu gün bitdi


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün mayın 3-də respublikanın 35 şəhər və rayonunda sınaq imtahanı keçirib.

ANS PRESS-in TQDK-ya istinadən verdiyi məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Qobustan, Mingəçevir, Goranboy, Daşkəsən, Ağstafa, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Beyləqan, Şirvan, Saatlı, Lənkəran, Yardımlı, Cəlilabad, Masallı, Xaçmaz və Siyəzəndə, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında təşkil olunub.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 49 min 994 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanları abituriyentlərə hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu yaradılan şəraitin, ümumilikdə prosesin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *