Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Təhsil

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı


Bir qrup gənc müəllimlə görüş keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov görüşdə bildirib ki, son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Nazir müavini qeyd edib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində ötən il 6000-dək müəllim işə qəbul olunub və onların 3794 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edilib:

“Bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 151 458 müəllim çalışır, onlardan 42 263 nəfəri 35 yaşadək olan gənc müəllimdir. Bu da müəllimlərin ümumi sayının 28 faizi deməkdir”.

Tədbirdə gənc müəllimlər də çıxış ediblər.

Sonda müəllimlərə “Təhsil Nazirliyinin Təşəkkürnaməsi” və hədiyyələr təqdim edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *