Sabahdan məktəblilərin qış tətili başlayır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Təhsil

Sabahdan məktəblilərin qış tətili başlayır

Sabahdan məktəblilərin qış tətili başlayır

Sabahdan Azərbaycanın ümumtəhsil məktəblərində qış tətili başlayır.

2017/2018-ci dərs ilində məktəblilərin qış tətili yanvarın 27-də başlayacaq və yanvarın 31-də başa çatacaq.

Dərslər həm 5 günlük, həm də 6 günlük məktəblərdə fevralın 1-də başlayacaq.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *