Füzulidə məktəb acınacaqlı durumda: Dərsləri çadırda keçirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Təhsil

Füzulidə məktəb acınacaqlı durumda: Dərsləri çadırda keçirlər

Füzulidə məktəb acınacaqlı durumda: Dərsləri çadırda keçirlər

Füzuli rayonu Qayıdış qəsəbəsində yerləşən 8 №-li tam orta məktəb uçma təhlükəsi ilə üz-üzə qalıb.

Bu barədə AZXEBER.COM-a Füzuli rayonunda yaşayan sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, Ermənistanla təmas xəttində yerləşən ərazi olduğu üçün atışma zamanı məktəb binası daha çox silkələnir ki, bu da hər an onun uçması ilə nəticələnə bilər.

Məktəbdə hazırda təhsil olan 300-ə yaxın şagird dərslərin həyətdə qurulan çadırda keçirlər.

Sakinlərin sözlərinə görə, Füzuli rayonunun icra başçısı Alı Alıyevə mövcud vəziyyətlə bağlı dəfələrlə məlumat verilsə də, başçı bir dəfə də olsun məktəbdəki vəziyyətlə yerindəcə tanış olmayıb. Mövcud vəziyyət isə olduğu kimi qalmaqdadır.

Məktəb binasının vəziyyəti ilə bağlı dəfələrlə Təhsil Nazirliyinə müraciət edilsə də, heç kim bu işdə sakinlərə kömək etməyib.

Qeyd edək ki, Füzuli rayonuna hər il dövlət büdcəsindən vəsait ayrılır.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *