Təhsil sistemində böyük qalmaqal: Direktor cəzalandırılmalıdır! » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Təhsil

Təhsil sistemində böyük qalmaqal: Direktor cəzalandırılmalıdır!

Təhsil sistemində böyük qalmaqal: Direktor cəzalandırılmalıdır!

Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci sayında qeyd olunan bir rəqəm çox ciddi problemi qabardıb. Belə ki, 9 və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum səviyyədə mənimsəməyənlər, hətta yazıb-oxumaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, yazıb-oxumağı bacarmayanlar da aşkarlanıb. 11-ci sinif şagirdləri arasında 22 nəfər, 9-cu sinif şagirdləri arasında isə 69 nəfər belə şagird olub.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Təhsil Şurasının (TŞ) sədri Əjdər Ağayev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu problemin kökündə saxtakarlıq, məsuliyyətsizlik durur:

“Təhsil sahəsində belə bir faciəvi halın meydana çıxması insanları təəccübləndirir və təəssüfləndirir. Uşağın oxuyub-yaza bilməyərək 9-11-ci sinfə kimi gəlib çatması saxtakarlıq və ləyaqətsizlikdir”.

“Bu cür savadsızlığın səbəbi odur ki, uşağın adı məktəbdə siyahıda olsa da, özü dərsə getməyib. Təhsildə saxtakarlıq edənlər düşünüblər ki, həmin uşaq heç bir yerə sənəd verməz və onların etdiyi bu qanun pozuntusu heç kimə məlum olmaz”, - deyə Ə.Ağayev əlavə edib.

Təhsil sistemində böyük qalmaqal: Direktor cəzalandırılmalıdır!

“Saxta məhsul hazırladığına görə şəxsləri cinayət məsuliyyətinə cəlb etmək mümkün olduğu kimi, təhsil qanununa əsasən, məktəbin məhsuluna görə (şagirdlərin təhsil almasına görə) məktəbdə işləyən təhsil işçiləri də məsuliyyət daşıyır. Belə hallar olarsa, həmin müəssisə məsuliyyətə cəlb edilməlidir. Müəllimlərin əməkhaqqı kəsilməlidir, direktor cəzalandırılmalıdır. Eləcə də, digər aidiyyəti şəxslər cəza almalıdır”, - Ə.Ağayev vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *