Bəzi müəllimlər işdən çıxarılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Təhsil

Bəzi müəllimlər işdən çıxarılacaq

Bəzi müəllimlər işdən çıxarılacaq

Müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı Təhsil Nazirliyində İşçi qrup yaradılıb.

Lent.az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, həmin işçi qrupa müvafiq tapşırıqlar verilib:

“Tapşırıqlardan biri də müəllimlərin hansısa formada qiymətləndirilməsi və qiymətləndirmənin nəticəsindən asılı olaraq işdə qalıb-qalmamağı məsələsinin gündəmə gətirilməsindən ibarətdir. Hazırda bu prosesin attestasiya, ya sertifikasiya formasında icra ediləcəyi tam bəlli deyil”.

E.Bağırov bildirib ki, prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasına təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və strategiyanın icrası ilə bağlı fəaliyyət planında müəllimlərin sertifikasiyası da nəzərdə tutulub:

“Bu proseslə bağlı işlər həmin yaradılmış İşçi qrupuna həvalə edilib. Onların yekun təkliflərindən sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

E.Bağırov əlavə edib ki, attestasiyanın yekun nəticəsinə görə peşəkarlıq səviyyəsi yüksək olan müəllimlər işdə qalacaq, aşağı olanlar işdən azad olunacaqlar:

“Diaqnostik qiymətləndirilmə ümumtəhsil məktəblərində dərs deyən yaxşı və zəif müəllimləri üzə çıxarmaq və zəif nəticə göstərən müəllimləri inkişafyönümlü təlimlərə yönəltmək məqsədilə həyata keçirilir. Yəni diaqnostik qiymətləndirmə keçirərək mövcud problemləri aşkar edirik, ondan sonra digər proseslər icra edilir. Attestasiya isə konkret peşəkarlıq səviyyəsi aşağı olan müəllimin işdən azad edilməsi ilə nəticələnməlidir. Bu, qanunvericilik tələbidir”.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *