Bakı məktəblərində buraxılış imtahanlarının başa çatacağı tarix açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Təhsil

Bakı məktəblərində buraxılış imtahanlarının başa çatacağı tarix açıqlandı

Bakı məktəblərində buraxılış imtahanlarının başa çatacağı tarix açıqlandı


Bakıda orta ümumtəhsil məktəblərində buraxılış imtahanları iyunun 7-dək başa çatmalıdır.

Oxu.Az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib.

M.Abbaszadə qeyd edib ki, əvvəllər orta məktəblərdə buraxılış imtahanları iyun ayında keçirilirdi.

“Bu il isə Bakıda keçiriləcək buraxılış imtahanları ilə bağlı bütün tədbirlər iyunun 7-dək başa çatacaq”.

TQDK sədri həmçinin qeyd edib ki, regionlarda da buraxılış imtahanları iyunda keçiriləcək:

“Bəzi regionlarda Avropa Oyunlarının müxtəlif yarışları keçiriləcək. Hazırda yarışların hansı regionlarda keçiriləcəyi dəqiqləşdirilir. Bu yaxınlarda buraxılış və qəbul imtahanları ilə bağlı ümumi cədvəl təsdiqlənəcək. Bu, təkcə bizimlə əlaqədar deyil. Çünki imtahanların keçirilməsi ciddi tədbirlərdir və bu prosesə müxtəlif qurumlar da cəlb olunur. Ona görə də Avropa Oyunlarının keçirildiyi müddətdə kütləvi tədbirlərin aparılması mümkün deyil”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *