Bakı və Gədəbəydə təlimlər keçirldi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil, Gənclik, Foto

Bakı və Gədəbəydə təlimlər keçirldi – FOTO

Bakı və Gədəbəydə təlimlər keçirldi


Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun VI qrant müsabiqəsi çərçivəsində dəstəklənmiş rəhbəri Vusal Qasımov olan Ekofestçi gənclər zirvəyə doğru layihəsi başa çatmışdır. Qeyd edək ki, layihənin ilk mərhələsi Bakı şəhərində keçirilmişdi.
AzNews.info xəbər verir ki, Bakı və Gədəbəy şəhərlərində 50-dən çox tələbə, müxtəlif iş fəaliyyətlərində olan gənclərin iştirakı ilə baş tutan tədbirlər çərçivəsində iştirakçılara üzərlərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun logosu və layihə adı əks olunan köynəklər və layihə haqqında və digər müvafiq məlumatlar əks olunan kitabça və broşurlar paylanılmışdır. Sloqanı “Təmiz təbiət, xöşbəxt və müstəqil bir həyat üçün” olan layihə komandasının əsas məqsədi layihə iştirakçısı olan hər bir gənci bu sloqanın parçası olaraq ekoloji çirklənmənin həyatımıza vurduğu zərərə qarşı birləşdirməkdi. Uşaq və gənclərdən təşkil olunacaq “gənc ekologiya mühafizəçiləri” qrupu olaraq ekofest çərçivəsində gəzintilər vasitəsilə həm sosiallaşmanın, həm də ekoloji mühiti qorumağın faydalarını müzakirə etmişdir.

Qeyd edək ki, Ekofestin əsas mahiyyəti ekoloji təhdid riski daşıyan bölgələrdə gənclərin sosial məsuliyyətliliyini daha da artırmaqdır. Belə ki, istirahətlər zamanı bölgələrdə ailə piknikləri keçirən vətəndaşlarımızın qida tullantılarını piknik ərazilərinə ixracı vasitəsilə də ekoloji çirklənmə prosesi daha da sürətləndirilmiş olur. AzNews.info-nun məlumatına görə, bundan əlavə Ekofest zamanı ekoloji müdafiə məqsədli məlumatlandırmanın təşkili ilə yanaşı Alpinizmə marağı artırmaq, həmçinin gənc alpinistləri həvəsləndirmək məqsəd ilə “Alpinizm və ekoloji adoptasiya”ya marağı formalaşdırmaq da məqsədilə iştirakçılar üçün 22.07.2015 və 24.07.2015 tarixlərində seminarlar təşkil olunmuşdu. Seminarlar zamanı “Qlobal İstiləşmə- ekoloji çirklənmənin təzahürü kimi”, “Dağçıların Ekoloji Adoptasiya prosesi” mövzularında maarifləndirici məlumatlar təqdim edilmişdir. Beləliklə keçirilən layihə tədbirləri vasitəsilə aşağıdakı vəzifələr icra olunmuşdur.
• Gənclərin sosiallaşması, sosial mədəni inkişafı məqsədli könüllülük fəaliyyətlərinin təşkili,
• Ekoloji çirklənmənin yaratdığı qlobal effektlərlə bağlı məlumatlandırmanın təşkili,
• Alpinistlərin həvəsləndirilməsi və alpinizmə gənclərin marağının artırılması,
• Bölgələrdə gənclər tərəfindən ekofestlərin keçirilməsi təşəbbüslərinin artırılması və dəstəklənməsi

Bakı və Gədəbəydə təlimlər keçirldi
Bakı və Gədəbəydə təlimlər keçirldi
Bakı və Gədəbəydə təlimlər keçirldi
Bakı və Gədəbəydə təlimlər keçirldi
Bakı və Gədəbəydə təlimlər keçirldi

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *