Bağla

AzNews.info



Bölmə: Sosial, Media

Telekanallarla bağlı yenilik

Telekanallarla bağlı yenilik

Azərbaycan telekanallarında sosial çarxların yayımını təmin etmək üçün qanunvericiliyə dəyişiklik edilməlidir.

ANS PRESS-in məlumatına görə, milli televiziya və radio şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Trend-ə açıqlamasında bildirib ki, sosial çarxlar reklam vaxtına aid edilməməlidir. Ona görə də bu məsələ qanunvericilik formasında öz həllini tapmalıdır. Belə olan halda istənilən televiziya kanalı sosial çarxları sərbəst verə biləcəklər.

N.Məhərrəmli hesab edir ki, bu gün Azərbaycanda sosial çarxlara ehtiyac var, bu ciddi məsələdir: “Bəzən bizim nazirliklərimiz, komitələrimiz vəsait ödəyib, sosial çarx hazırlayırlar, amma onun efirdə yayımlanmasına vəsait ödəmək istəmirlər. Özəl televiziya kanalları isə öz fəaliyyətlərini qanunvericiliyə uyğun qurur və ona bir saatda 12 dəqiqə reklam vaxtı verilir. Həmin sosial çarxı 12 dəqiqəlik reklamın içərisində verirsə, təbii ki, o öz fəaliyyətini qurmaq üçün maddi vəsaitdən məhrum olur. Ona görə də bu məsələni qanunvericilik formasında həll etmək lazımdır. Ya qanunvericilikdə televiziya kanallarının üzərinə müəyyən bir öhdəlik qoyulmalıdır, ya da ki, qanunvericilikdə dövlət büdcəsindən maliyyələşən televiziya kanalları ilə bağlı ayrıca bənd olmalıdır”.

Mənbə: ANS PRESS

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *