Bakıda daha bir dünya çempionatı keçirilə bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Gimnastika

Bakıda daha bir dünya çempionatı keçirilə bilər

Bakıda daha bir dünya çempionatı keçirilə bilər


Bakıda məxsusi olaraq Birinci Avropa Oyunları üçün inşa edilən yeni Olimpiya stadionu gələcəkdə yüngül atletika üzrə nəhəng yarışların – Avropa və dünya çempionatlarının keçiriləcəyi məkan ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Azərbaycan Yüngül Atletika Federasiyasının (AYAF) prezidenti Çingiz Hüseynzadə bildirib.

“Bakıda Yeni Olimpiya stadionunda çoxsaylı yüngül atletika yarışları keçiriləcək. – 2017-ci ildə Azərbaycan paytaxtında proqramına yüngül atletikanın da daxil olduğu İslam Oyunları keçiriləcək. Bizdə artıq indidən Avropa Yüngül Atletika Assosiasiyası (AAA) ilə danışıqlar aparılır.

AAA nümayəndələri bizim gözəl stadionu gördükdən sonra özləri bizə Bakıda yeniyetmə, gənclər və böyüklər arasında yarışların, o cümlədən də Avropa çempionatının keçirilməsini təklif edirlər. Gələn mövsüm üçün təqvim yaradılarkən bu mövzu ətrafında daha konkret danışmaq mümkün olacaq”.

Avropa Oyunları zamanı 68 min tamaşaçının yerləşməsi mümkün olan Olimpiya stadionunda, açılış mərasimi və yüngül atletika üzrə yarışlar keçirildi. İyunun 28-də isə burada bağlanış mərasimi baş tutacaq.

“Biz burada dünya səviyyəli yarışların da keçiriləcəyinə ümid edirik. Mən “Brilyant liqası”nın mərhələlərini və hətta yay dünya çempionatını da nəzərdə tuturam, - TASS-ın həmsöhbəti davam edib. Avqustda Pekində Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (İAAF) prezidentinin seçkiləri keçiriləcək. Təşkilata yeni rəhbər gəldikdən sonra onunla Bakıda yüngül atletika üzrə yarışların keçirilməsi barədə danışacağıq”.

AYAF-ın rəhbəri qeyd edir ki, bu stadionda Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasimi keçirilə bilər.

“BOK-un tələblərinə müvafiq olaraq əsas arenanın tutumu 80 min yer olmalıdır. İndi bizdə 68 min yerdir. Amma stadionun layihələşdirilməsi zamanı çəkilə bilən tribunalar sayəsində tutumun artırılması imkanı mövcuddur”, - Hüseynzadə yekunlaşdırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *