Avropa Oyunlarının obyektləri kosmosdan belə görünür » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Foto

Avropa Oyunlarının obyektləri kosmosdan belə görünür – FOTO

Avropa Oyunlarının obyektləri kosmosdan belə görünür


Bakının ev sahibliyi etdiyi "Bakı 2015" I Avropa Oyunlarının və digər oyun məkanlarının “Azersky” peykindən çəkilən görüntüləri əldə olunub.

“Azərkosmos” ASC-dən Oxu.Az-a verilən məlumata görə, Oyunların keçirildiyi müddətdə Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Mingəçevir Kür İdman və Avarçəkmə Mərkəzləri, Avropa Oyunları Parkı, Kristal Zal, Heydər Əliyev adına İdman Arenası, Tofiq Bəhramov adına Respublika Stadionu, Atletlər Kəndi, Bakı Su İdman Mərkəzinin görüntüləri “Azərkosmos” ASC-nin operatoru olduğu Yer səthinin məsafədən müşahidə peyki “Azersky” vasitəsilə əldə edilib.

Qeyd edək ki, “Azərkosmos” ASC-nin tərəfdaşı olan "Airbus Defence and Space" şirkətinin operatoru olduğu "Pleiades" peykindən əldə edilən və Bakı Olimpiya Stadionun inşaat prosesinin müxtəlif mərhələlərini əks etdirən təsvirlər də əldə olunub.

I Avropa Oyunlarında rabitənin davamlılığı və televiziya yayımı “Azərkosmos”un operatoru olduğu “Azerspace-1” peykinin resurslarından istifadə etməklə təmin olunur.

Avropa Oyunlarının obyektləri kosmosdan belə görünür
Avropa Oyunlarının obyektləri kosmosdan belə görünür
Avropa Oyunlarının obyektləri kosmosdan belə görünür
Avropa Oyunlarının obyektləri kosmosdan belə görünür
Avropa Oyunlarının obyektləri kosmosdan belə görünür
Avropa Oyunlarının obyektləri kosmosdan belə görünür

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *