Bakıda gözdən əllillər üçün xüsusi işıqforlar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Bakıda gözdən əllillər üçün xüsusi işıqforlar – VİDEO

Bakıda gözdən əllillər üçün xüsusi işıqforlar



Bakıda gözdən əllillər üçün xüsusi işıqforlar quraşdırılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, işıqfor dirəklərinə bağlanan xüsusi avadanlıqlar piyadalara səsli olaraq qırmızı işıq zamanı “Gözləyin”, yaşıl işıq zamanı isə “Keçin” göstərişini verir.

Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətin təşkili şöbəsinin rəisi Rafiq Qasımov sayta açıqlamasında bildirib ki, işıqforlarda gözdən əllilər üçün aparatların quraşdırılmasına iyunun 16-dan başlanılıb: “Bu tip qurğuları əvvəl biz özümüz hazırlayıb quraşdırmışdıq, amma sayı az idi. Mən bir sərgidə bunu gördüm və ölkəmizdə quraşdırılmasını təşkil etdik. Hazırda quraşdırılan aparatlar İtaliyadan və Amerikadan gətirilib. “Neftçilər”, “Nərimanov” metrostansiyalarının ətrafında və başqa bir neçə yerdə quraşdırılıb. Bu iş hələ davam etdiriləcək. Hansı ərazilərdə ki piyaların hərəkəti sıxdır və hansı yerlərdə ki ətrafda korlar yaşayır, ilk olaraq həmin ərazilərdə quraşdırılır”.


Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *