Avstriyadan idmançılarına operativ yardıma görə Azərbaycana təşəkkür » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, İdman

Avstriyadan idmançılarına operativ yardıma görə Azərbaycana təşəkkür

Avstriyadan idmançılarına operativ yardıma görə Azərbaycana təşəkkür


Avstriyanın Milli Olimpiya Komitəsinin prezidenti qəzada yaralanan idmançılarına göstərdiyi yardıma görə Azərbaycan hökumətinə təşəkkür edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, MOK prezidenti Karl Ştosun sözlərinə görə, avtomobil qəzasında ağır yaralanan 15 yaşlı Vanessa Şahinoviç ölkəsinə göndərildikdən sonra dərhal əməliyyat olunub. Yüngün xəsarət alan Verena Breyt isə Bakıda qalsa da yarışlara qatıla bilməyib:

“Biz öyrənəcəyik ki, niyə belə bir şey baş verib. Eyni zamanda, qısa zamanda idmançıların evlərinə geri qaytarılmasını təşkil etdiyi üçün yerli nəqliyyat təşkilatçılığına təşəkkür edirəm. Bu dəhşətli hadisə idi. Digər tərəfdən gələcəyə baxmaq lazımdır, öz komandamıza güvənməliyik”.

Qeyd edək ki, Bakıdakı Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəzada 3 avstriyalı yaralanmışdı. Yaralılardan ikisi dərhal xüsusi tibbi təyyarə ilə ölkələrinə geri göndərilmişdilər.

Hazırda Avstriyanın sinxron üzgüçülərindən ehtiyatında cəmi bir idmançı qaldığından bu ölkə avtomatik olaraq qrup yarışlarında iştirakdan məhrum olub.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *