“Mir” Avropa Oyunlarının açılışı mərasiminin bəzi sirlərini açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Media, Video

“Mir” Avropa Oyunlarının açılışı mərasiminin bəzi sirlərini açıqladı – VİDEO

“Mir” Avropa Oyunlarının açılışı mərasiminin bəzi sirlərini açıqladı


Oxu.Az “Mir” telekanalının Bakı-2015 Birinci Avropa Oyunları haqqında süjetini təqdim edir:

Azərbaycan paytaxtı Avropa Oyunları – 2015-in başlanmasına tam hazırdır. Bütün obyektləri dövlət rəhbəri İlham Əliyev şəxsən özü yoxlayıb.

Bu cümə günü, iyun ayının 12-də Bakıda tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının açılışı mərasimi baş tutacaq. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev qitə forumunun əsas obyektlərindən biri olan - “Baku Cristall Holl”da olub. Burada voleybol, boks, qılınc oynatma, taekvondo və karate üzrə yarışlar keçiriləcək. Mərkəzdə kütləvi informasiya vasitələrinin nümayəndələrinin işi üçün bütün şərait yaradılıb.

Dövlət rəhbəri görülən işlərin miqyasını layiqincə qiymətləndirib və qeyd edib ki, obyektlər tam olaraq dünya standartlarına cavab verir. “Cristall Holl”da olduqdan sonra Azərbaycan Prezidenti ölkəni Birinci Avropa Oyunlarında təmsil edəcək idmançılarla görüşüb. İlham Əliyev atletlərə uğur arzulayıb və qeyd edib ki, birinci Avropa forumu bütün qitənin idmanının inkişafında böyük hadisə olacaq.

Avropa Oyunlarının açılışı mərasiminin startını artıq saatlarla ölçürlər. Təşkilatçılar minlərlə könüllünün, yüzlərlə idmançının, aktyor və müğənnilərin iştirak edəcəyi yüksək səviyyəli şou vəd edirlər. Proqramın ssenarisi məxfi saxlanılır, amma “Mir 24” telekanalının müxbiri Elşən Əliyev bu sirrin üstünü açmağa cəhd edib.

İdman, incəsənət və şou-biznes ulduzları – hamısı bir yerdə Birinci Avropa Oyunlarının məşəlini qəbul edəcəklər. Mərasim Olimpiya stadionunda keçiriləcək, belə ki, bu, ən böyük stadiondur, burada 70 min tamaşaçı yerləşir.

Əsas idman arenasında idmançıların da iştirak edəcəyi şou keçiriləcək. Açılış mərasimində məşəli daşımaq cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədliyə həvalə edilib.

“Bu, yalnız bizim ölkədə deyil, bütün dünyada möhtəşəm hadisədir. Sözsüz ki, təntənəli mərasim parlaq, ən əsası unudulmaz olacaq. Bu yarışları hələ uzun müddət xatırlayacaqlar”, - Məmmədli əmindir.

Açılış mərasiminin rejissorları bütün sirləri açmadılar. Amma bütün azarkeşlərə unudulmaz bayram hədiyyə edəcəklərini vəd etdilər. Gülyaz və Gülyanaq bacıları – hər ikisi müğənnidir, adətən eyni geyinirlər.

Elə səhnədə də həmişə bir yerdədirlər. Onlar açılış mərasimi üçün sürpriz hazırlayıblar – bu, “Vətənim” mahnısıdır.

Azərbaycan dilində olan bu mahnı milli koloriti əks etdirir, bu mahnı istənilən xarici dil daşıyıcısına aydın olacaq. Burada muğam da, Azərbaycan yallısını riqqətə gətirən ritmləri də var.

Xatırladaq ki, Birinci Avropa Oyunlarında Rusiya yığmasının bayraqdarı Hacımurad Qatsalov olacaq. O, sərbəst güləş üzrə Olimpiya çempionu, beşqat dünya, üçqat Avropa və səkkizqat Rusiya çempionudur.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *