“Oyunlar zolağı”na çıxanda polis sizi belə çəkir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

“Oyunlar zolağı”na çıxanda polis sizi belə çəkir – VİDEO

“Oyunlar zolağı”na çıxanda polis sizi belə çəkir


Məlum olduğu kimi, mayın 29-dan etibarən Bakının bəzi küçə və prospektlərində Avropa Oyunları ilə bağlı çəkilmiş “Oyunlar zolağı”na daxil olan sürücülərə cərimə yazılır.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsində quraşdırılan kameralar şəhərin müvafiq nöqtələrində hərəkətə nəzarət edir və qayda pozanları cərimələyir. Zolağa daxil olan avtomobillərin nömrə nişanı qeydə alınır və sürücü barəsində elektron protokol tərtib olunaraq ünvana göndərilir.

Bəzi küçələrdə sürücülər məcbur qalıb həmin zolağa dazil olsalar da, bəzi yerlərdə qəsdən bu qaydanı pozanlara da rast gəlinir.

AzNews.info avtosfer.az-a istinadən Bakı şəhər Dövlət Yol Polisi İdarəsində “Oyunlar zolağı”na daxil olan sürücülərin necə aşkarlandığını və hansı qaydada cərimələndiyini əks etdirən videonu təqdim edir. Məqsəd odur ki, bəzi sürücülər kameraların işləmədiyini və ya onları görmədiyini dühünməsin. Kameralar işləyir və hər kəsi görür. Hətta, 300 metr məsafədə qayda pozan avtomobillər də kameraların hədəfindən yayına bilmir.

Qeyd edək ki, zolağa daxil olmanın cəriməsi 40 manatdır.


Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *