I Avropa Oyunları ərəfəsində nəzarət gücləndirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

I Avropa Oyunları ərəfəsində nəzarət gücləndirilib

I Avropa Oyunları ərəfəsində nəzarət gücləndirilib


Səhiyyə Nazirliyinin Gigiyena və Epidemialogiya Mərkəzi I Avropa Oyunları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Qurum şəhərin təmizliyinə nəzarəti artırıb.

Avropa Oyunlarının çimərlik mövsümünə təsadüf etdiyini nəzərə alaraq çimərliklərdə gigiyena və sanitariya qaydalarına riyayət olunması ciddi şəkildə yoxlanılır. Həmçinin paytaxtdakı iaşə obyektləri, ərzaq məhsullarının satıldığı ərazilərdə sanitar gigiyenik qaydaların gözlənilməsinə nəzarət də gücləndirilib.

“I Avropa Oyunları keçiriləcəyi bütün yerlərdə, iaşə müəssisələri və digər yerlərdə bu günə qədər tədqiqatlar aparılıb. Həmin iaşə müəssisələrinin vəziyyətləri diqqətlə öyrənilib. Eyni zamanda nəzarəti həyata keçirmək məqsədilə tərəfimizdən ixtisaslaşmış 14 mütəxəssis ayrılıb”, – deyə RGEM-in şöbə müdiri Ziyəddin Kazımov bildirib.

I Avropa Oyunlarında turist və qonaqların nə ilə qidalandığını Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti də nəzarətdə saxlayacaq.

Artıq mayın birindən gücləndirilmiş iş rejimində çalışan Dövlət Baytarlıq xidməti paytaxtla yanaşı turistlərin üz tutacağı rayonlarda da ət və digər heyvan mənşəli qidaların satışına, kəsim məntəqələrinin fəaliyyətinə nəzarəti artırıb.

“Kəsim məntəqlərində çalışanlara yeni uniformalar təqdim edilib. Bununla da onlar fəaliyyətlərini davam etdirəcəklər. Eyni zamanda kəsim məntəqələrində kafelləşmənin yüksək səviyyədə həyata keçirilməsilə bağlı tapşırıq verilib”, - deyə dövlət baytarlıq nəzarəti xidmətinin mətbuat katibi Ziyəddin Kazımov qeyd edib.

Həmçinin I Avropa Oyunları ərəfəsində baytarlıq nəzarətindən keçməyən heyvan mənşəli məhsullarının və xammalın satışına icazə verilməyəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *