“Oyunlar zolağı” ilə hərəkət edən sürücülər cərimələnəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

“Oyunlar zolağı” ilə hərəkət edən sürücülər cərimələnəcək

“Oyunlar zolağı” ilə hərəkət edən sürücülər cərimələnəcək


Baş Dövlət Yol Polisi İdarəsi Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülərə hansı cəza verilməsinə dair açıqlama verib.

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a bildirib ki, şənbə günündən etibarən artıq həmin zolaqlar üzrə 3.2 hərəkəti qadağan edən nişanların qoyulması prosesinə start verilib.

Kamran Əliyev qeyd edib ki, Bakıda müəyyən edilən yollarda “Avropa Oyunları” zolaqları artıq çəkilib, eyni zamanda həmin zolaqlar üzrə hərəkəti qadağan edən müvafiq yol nişanları qoyulub.

“Mayın 29-dan etibarən Avropa Oyunları ilə əlaqədar müəyyən edilən nəqliyyat vasitələrindən savayı digər avtomobillərin həmin zolağa çıxmasına qadağa qoyulacaq. Hələlik isə yol nişanlarının qoyulması prosesi davam etdiyindən yollarda nəqliyyat sıxlığının yaranmaması məqsədilə sürücülərə o zolaqlara çıxmağa heç bir qadağa qoyulmayıb. Lakin sadalanan işlər tam bitəndən sonra digər avtomobillərin həmin zolağa çıxmasına icazə verilməyəcək, qaydanı pozanlar isə İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat miqdarında cərimə olunacaqlar”.

K.Əliyev əlavə edib ki, I Avropa Oyunları ilə əlaqədar müəyyən edilən küçə və prospektlərə əlavə yol patrul inspektorları təhkim olunacaq, həmin yollara daim nəzarət olunacaq.

“Oyunlar zolağı” ilə hərəkət edən sürücülər cərimələnəcək

Mənbə: Oxu.Az - Elvin Əhmədov
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *