Minlərlə yumurta oğurlayan mühafizəçi saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Foto

Minlərlə yumurta oğurlayan mühafizəçi saxlanıldı – FOTO

Minlərlə yumurta oğurlayan mühafizəçi saxlanıldı


Çindəki fabriklərdən birində mühafizəçi işləyən şəxsin minlərlə yumurta oğurlaması böyük təəccüblə qarşılanıb.

ANS PRESS-in məlumatına görə, Çinin Pinqhu şəhərində baş vermiş hadisədə soyadı Qu olan şəxsin evində 1000 ədəd yumurta aşkarlanıb.

Evdə aparılan axtarışa isə Qunun içi yumurtayla dolu 2 çanta ilə fabrikin çıxışında yaxalanması səbəb olub.

Aşkarlanan yumurtaların üzərində etiket və tarix də olub. Günahını etiraf edən Qu yumurtanı çox sevdiyini bildirib.

Mühafizəçinin evində həmçinin ət, sabun, salfet, yuyucu toz və s. aşkarlanıb. Neçə dəfə oğurluq etdiyini xatırlamadığını deyən Qu evdəki hər şeyin oğurluq olduğunu bildirib.

Fabrik rəhbərliyi isə baş verənlərə görə şoka düşdüklərini bildiriblər.

“Hamı kimi biz də fabriki qorumaq kimi öhdəliyi olan birinin belə bir addım atmasından çox təəccübləndik. Ailəsi olmadığı üçün gecələr işləyən və işini sevən bir insan idi. İndi öyrəndik ki, gecələr dolaşaraq heç kimin onu görmədiyi anda oğurluq edirmiş”.


Minlərlə yumurta oğurlayan mühafizəçi saxlanıldı
Minlərlə yumurta oğurlayan mühafizəçi saxlanıldı
Minlərlə yumurta oğurlayan mühafizəçi saxlanıldı
Minlərlə yumurta oğurlayan mühafizəçi saxlanıldı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *