Bakıda "Dinozavr şou" » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Bakıda "Dinozavr şou" – VİDEO

Bakıda "Dinozavr şou"



Paytaxtın ən böyük sərgi salonu olan “Baku Ekspo Mərkəzində” dinozavrlardan ibarət şou start götürüb.

ANS TV-nin məlumatına görə, şouda müxtəlif ölçülü və müxtəlif dövrlərə məxsus eksponatlar gələnləri heyrətləndirir. Dinozavrlar Argentinadan gətirilib və sayı 30 qədərdir. Sərgi təşkilatçıları şouya baxmağa gələnlərin rahatlığını təşkil etmək üçün “Koroğlu” metrostansiyasının qarşısından pulsuz avtobuslar reysə buraxıblar. Biletlərin qiymətləri 5-10 manat arasında dəyişir. Belə ki, qrup şəklində gələnlər üçün 5 manat tək halda 10 manat ödəməlisiniz.

Şouda dinozavrların nümayişindən əlavə, həmin dövrün varlıqlarından bəhs edən tamaşalar da nümayiş olunacaq. Bu isə sərgiyə gələnlərin dinozavrlar haqqında biliklərə yiyalənməsi üçündür.

Şou Sentyabrın 18- dən oktyabrın 15- nə qədər davam edəcək.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *