Bakıda iki yol da bağlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda iki yol da bağlandı

Bakıda iki yol da bağlandı


Bu gecə Bakıda daha iki yol bağlanacaq. Bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə məlumat verilib.

Verilən məlumata görə, Üzeyir Hacıbəyli küçəsi və Zərifə Əliyeva küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Göstərilən ərazidə tam məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən axşam saat 22:00-dan səhər saatlarınadək tətbiq ediləcək.

Qurum rəhbərliyi sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir. Göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Sürücülər Ü.Hacıbəyli küçəsinə alternativ olaraq 28 May küçəsindən istifadə edə bilərlər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *