Bakıda piyada maşın yoluna çıxdı, maşın piyada keçidinə girdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda piyada maşın yoluna çıxdı, maşın piyada keçidinə girdi

Bakıda piyada maşın yoluna çıxdı, maşın piyada keçidinə girdi


Bakıda gecə saatlarında sürücü piyadanı vurmamaq üçün qəza törədib. Hadisə Səbail rayonun “Azneft” dairəsindən üzü Bayraq meydanı istiqamətində gedən yolda baş verib. Hadisə zamanı Aslan Nəsibov həmin istiqamətdə “Mercedes” markalı maşınla hərəkətda olan zaman qəfildən onun qarşısına yolu keçmək istəyən piyada çıxıb. Sürücü piyadaya xəsarət yetirməmək üçün avtomobili sağa çəkib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yeraltı piyada keçidinin divarına çırpılıb.

Qeyd edək ki, hadisə baş verən yerdə piyadaların yolu təhlükəsiz keçməsi üçün yeraltı keçidi inşa edilib. Amma qəzaya səbəb olan piyadanın həmin keçiddən istifadə etməməsi hadisənin baş verməsinə şərait yaradıb.

Qəza ilə bağlı Səbail Rayon Dövlət Yol Polis şöbəsində araşdırma başlanılıb. Qəzanın baş vermə səbəbləri bu araşdırmalardan sonra məlum olacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *