Nepalda möcüzə: 105 yaşlı kişi dağıntı altında 8 gün sağ qaldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Dünya

Nepalda möcüzə: 105 yaşlı kişi dağıntı altında 8 gün sağ qaldı

Nepalda möcüzə: 105 yaşlı kişi dağıntı altında 8 gün sağ qaldı


Xilasedicilər dəhşətli dağıdıcı zəlzələnin baş verdiyi Nepalda bu gün əsl möcüzə ilə üzləşib. Onlar öz evinin dağıntıları altında 8 gün ərzində qalan 105 yaşlı qoca kişini sağ taparaq xilas ediblər.

AzNews.info-nun Trend-ə istinadən verdiyi xəbərə görə, yerli polis Kimtanq kənd sakini Fançu Geyl adlı qocanın zəlzələ zamanı elə də ciddi xəsarət almadığını, amma dağıntılar altında 8 gün boyunca ac-susuz qaldığını bildirib.

Qocanın yalnız əlləri ilə ayaqlarında yüngül sıyrıq və əziklər var.

Onu hərbi vertolyotla fəlakət zonasından çıxararaq xəstəxanaya aparıblar.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *