Güclü yağış rayonlara ziyan vurdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Güclü yağış rayonlara ziyan vurdu

Güclü yağış rayonlara ziyan vurdu


Bu gün gecə saatlarında Samux rayonu ərazisinə yağan güclü yağış fəsadsız ötüşməyib.

AzNews.info Report-a istinadən xəbər verir ki, leysan Kürqırağı kəndlərlə yanaşı Gürcüstanla həmsərhəd olan Eldar ve Burunqovaq kəndlərinə ciddi ziyan vurub.

Güclü sel Qırmızı Samux kəndi ilə rayon mərkəzini birləşdirən körpünü yuyub aparıb. Sel suları, həmçinin, Lüksenburq ve Yenikənd kəndlərində fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub.

Təbii fəlakət nəticəsində insan tələfatı qeydə alınmayıb, lakin vətəndaşlara ciddi maddi ziyan deyib.

Hazırda rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın miqdarını müəyyənləşdirməklə yanaşı, fəsadların aradan qaldırılması ilə məşğuldur.

Tovuzda isə yağıntı nəticəsində rayonda ciddi problemlər yaranmasa da, kənd təsərrüfatına, xüsusilə də, kartof sahələrinə ziyan dəyib.

Hazırda qərb bölgəsində şimşəklə müşayiət edilən yağıntılı hava şəraiti müşahidə olunur.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *