BŞBPİ rəisinin sıra baxışı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Foto

BŞBPİ rəisinin sıra baxışı – FOTO

BŞBPİ rəisinin sıra baxışı


Bakıda keçiriləcək birinci Avropa oyunları ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şəxsi heyətinə sıra baxışı keçirilib.

ANS PRESS-in məlumatına görə, tədbir yol polisləri sırasında nizam-intizam qaydaları gücləndirmək, ictimai asayişin qorunması və xidmət intizamının möhkəmləndirilməsi məqsədi ilə keçirilib. Sıra baxışı BŞBPİ-nin rəisi polis general-mayoru Mirqafar Seyidov, BŞBPİ-nin rəis müavini polis general-mayoru Səhlab Bağırov, BŞDYPİ-nin rəisi polis polkovniki Nuşirəvan Səfərov tərəfindən həyata keçirilib.

Tədbir zamanı əvvəlcə BŞDYPİ-nin rəisi N.Səfərov BŞBPİ-nin rəisi M.Seyidova şəxsi heyətin sıra baxışına tam hazır olması barədə raportla məruzə edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. BŞBPİ-nin rəisi M.Seyidovşəxsən sıraları gəzərək şəxsi heyətlə, həmçinin yol polislərinin geyim qaydaları ilə yaxından tanış olub.

Təntənəli marşın sədaları altında əvvəlcə BŞDYPİ-nin şəxsi heyəti, daha sonra yol patrul avtomobilləri və motosikletləri fəxri tribunanın önündən keçib. Tədbirdə çıxış edən BŞBPİ-nin rəisi M.Seyidov yol polislərinə xidməti işlərində uğurlar arzulayıb və onları məsul işlərində daim nizam-intizamlı olmağı tapşırıb. BŞBPİ-nin rəisi M.Seyidov sıra baxışını ümumilikdə qənaətbəxş hesab edərək yol polislərinə öz məsləhət və tövsiyələrini verib.

BŞBPİ rəisinin sıra baxışı
BŞBPİ rəisinin sıra baxışı
BŞBPİ rəisinin sıra baxışı
BŞBPİ rəisinin sıra baxışı
BŞBPİ rəisinin sıra baxışı
BŞBPİ rəisinin sıra baxışı
BŞBPİ rəisinin sıra baxışı
BŞBPİ rəisinin sıra baxışı
BŞBPİ rəisinin sıra baxışı
BŞBPİ rəisinin sıra baxışı
BŞBPİ rəisinin sıra baxışı
BŞBPİ rəisinin sıra baxışı
BŞBPİ rəisinin sıra baxışı
BŞBPİ rəisinin sıra baxışı
BŞBPİ rəisinin sıra baxışı
BŞBPİ rəisinin sıra baxışı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *