Azərbaycana səs salan bəy-gəlin » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto, Video

Azərbaycana səs salan bəy-gəlin – VİDEO+FOTO

Azərbaycana səs salan bəy-gəlin


Zaur və Vüsalə cütlüyü bu ilin ən yadda qalan toy mərasiminə imza atdı. Bu toy günlərlə mediada, sosial şəbəkələrdə müzakirə olundu. Səbəb isə sağlam bir qızın fiziki məhdudiyyətləri olan bir gənc üçün etdiyi fədakarlıq idi.

Fiziki məhdudiyyətli insanların qəbul olunmadığı, bəzən hətta xor görüldüyü bir cəmiyyətdə bu iki gəncin xoşbəxt ailə qurması hər kəsin marağına səbəb oldu. Sosial şəbəkə istifadəçiləri tərəfindən bu nigah alqışla qarşılandı.

Biz də bu ailəyə olan diqqəti nəzərə alaraq Zaur- Vüsalə cütlüyünün qonağı olub, onların tanışlığı və necə ailə qurması ilə maraqlandıq. Bizi gülərüzlə, qonaqpərvərliklə qarşılayan yeni evlilər tanış olmalarının tarixçəsini belə danışdılar.

34 yaşlı Zaur Seyidzadə həyatı boyu hər bir çətinliklə mübarizə apardığını və həyatda hər şeyə nail olduğunu deyir.

Onun sözlərinə görə, fiziki məhdudiyyətlər insanın ailə qurmasına, xoşbəxt olmasına əngəl deyil. Hətta bu məsələnin mətbuatda qabardılmasını da qəribə qarşılayır.

Həyat yodaşı Vüsalə xanım isə deyir ki, o Zauru fiziki məhdudiyyətli insan olaraq görmür, onu sağlam bir insan kimi qəbul edir.

Qəhrəmanımız Zaur Seyidzadə 1981-ci ildə doğulub. İki təhsili var. Bakı Dövlət Universitetinin hüquqşunaslıq və Azərbaycan Dövlət İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirib.

Əlilliyinə gəlincə, onu bu vəziyyətə salan erməni həkim olub. İki yaşında ikən başından çıxan çibanı müalicə etmək üçün müraciət etdikləri həkim əməliyyat edərkən Zaurun sinir sistemini zədələyib və o gündən sağlamlığını itirib. Buna baxmayaraq, həyatda hər şeyin öhdəsindən gələn Zaur Seyidzadə həyatını qurmaq uğrunda mübarizəsini bir an da dayandırmayıb.

Sonda gənclərə xoşbəxtlik arzulayıb evdən ayrıldıq. Həyatla mübarizədə qalib olan bu insanların ailə həyatının da uğurlu olacağına inanırıq. Ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.




Azərbaycana səs salan bəy-gəlin
Azərbaycana səs salan bəy-gəlin
Azərbaycana səs salan bəy-gəlin

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *