Paytaxtımızda “Baku Pianos” layihəsi həyata keçirilir » AzNews.info -Xəbər portalı

Paytaxtımızda “Baku Pianos” layihəsi həyata keçirilir – VİDEO+FOTO

Paytaxtımızda “Baku Pianos” layihəsi həyata keçirilir


“Park Bulvar” və “28 Mall” ticarət və əyləncə mərkəzlərində “Baku Pianos” layihəsi həyata keçirilir.

Oxu.Az xəbər verir ki, dünyanın 45 böyük şəhərində reallaşdırılan, müxtəlif ticarət mərkəzlərinə, park və meydanlara 1300-dən çox piano yerləşdirən “Play me, I'm Yours” layihəsi Azərbaycanda da maraqla qarşılanıb.

Layihədə istifadə olunan köhnə pianolar gənc rəssamlar tərəfindən müxtəlif kompozisiyalarla rənglənir və Bakının müxtəlif ictimai yerlərinə, ticarət mərkəzlərinə yerləşdirilir.

Pianoda çalmağı bacaran hər kəs üzərində “Ruhumu dindir, məni sevindir” şüarı yazılan bu musiqi alətlərindən birinin arxasında oturaraq ifa edə, ətrafdakı insanlar isə dinləyərək zövq ala bilərlər. Şüar kimi seçilən ifadə isə Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirindən götürülüb.

Təşkilatçıların fikrincə, “Baku Pianos” layihəsi Birinci Avropa Oyunları ərəfəsində paytaxtımıza gələn turistlərin marağına və ümumiyyətlə, insanlar arasında ünsiyyətin artmasina səbəb ola bilər.



Paytaxtımızda “Baku Pianos” layihəsi həyata keçirilir
Paytaxtımızda “Baku Pianos” layihəsi həyata keçirilir
Paytaxtımızda “Baku Pianos” layihəsi həyata keçirilir
Paytaxtımızda “Baku Pianos” layihəsi həyata keçirilir
Paytaxtımızda “Baku Pianos” layihəsi həyata keçirilir
Paytaxtımızda “Baku Pianos” layihəsi həyata keçirilir
Paytaxtımızda “Baku Pianos” layihəsi həyata keçirilir

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *