Gəncə çölləri al lalələrlə göz oxşayır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Gəncə çölləri al lalələrlə göz oxşayır – VİDEO

Gəncə çölləri al lalələrlə göz oxşayır


Gəncənin mülayim, rütubətsiz xoş havası və təbiəti şəhərə səfər edənləri özünə bağlaya bilib. Bu yaz isə Gəncə çölləri al lalələrə bürünüb. Az qala hər yanda açmış lalələr şəhər ətrafındakı düzlərə xüsusi gözəllik gətirib.

ANS TV-nin Gəncə bürosunun məlumatına görə, bu günlərdə Gəncədən üzü Şəmkir istiqamətinə səfər edən hər sakin yəqin ki, magistral yolun sağ və sol hissəsi boyunca uzanan düzlərdə həmişəkindən fərqli bir görüntü görüblər. Yamyaşıl otlar arasında baş qaldıran al qırmızı lalələr bir anlıq isananı burada ayaq saxlamağa vadar edir.

Mülayim yaz havasında yaşılığın arasında qızaran lalə çiçəkləri sahələri çənginə alıb. Gəncədəki əksər yaşıllıq zonalarında bitən lalə çiçəyi bu il şəhəri dörd bir yandan bürüyüb.

Al rəngi ilə göz oxşayan lalələr bu il əvvəlki illərə baxanda Gəncə düzündə daha çox açıblar. Ətrafı əsrarəngiz gözəlliyə qərq edən bu görüntüyə yoldan keçən insanlar da laqeyd qala bilmirlər.

Gəncə sakinləri fürsətdən istifadə edib istirahətlərini bol laləli sahələrdə keçirirlər. İnsanlar doğmaları-yaxınları ilə bu yerlərə gəlib həm dincəlir, həm də bu anları fotokadrlara həkk edirlər. Toya hazırlaşan əksər çütlüklər də fotosesiyalarını burada etməyə üstünlük verirlər.

“Bu gözəlliyi görüb biz də dayandıq. Buranın çox füsünkar gözəlliyi var. Hər keçən dayanır, şəkil çəkdirir. Belə bir hal ilk dəfədir olur. Hər il olur, amma bu il çox gözəl və çox lalələr olub”, - deyə Gəncə sakini Turanə Məmmədova bildirib.

Şəhərə gələn qonaqlar da Gəncə gəzintisində laləliklərə gəlirlər. Təbiətin bu xoş görüntüsü, yazın mülayim havası insanların üzündə təbəssüm yaradır. Lalə çiçəklərini sevən gəncəlilər, hətta lalə ilə bağlı rəvatərlər də qoşublar.

Belə ki, bu rəvayətlərdən biri də Gəncənin tarixilə bağlıdır.

“Rəvayətə görə lalələrin Gəncədə bitməsinin səbəbi şəhərdə üsyanlar olan vaxtı lalələr üsyanın gözətçisi olublar. Ona görədə bunun daxilində qara nöqtələr var. Rəvayətə görə belədir”, – deyə Gəncə sakini Minayə Muradova qeyd edib.

Ömrü çox qısa olan bu çiçəyin adətən aprel ayının 25-dən sonra açır, əl dəyilməsə belə təxminən bir aydan sonra solur.

Laləni toplayıb güldanda saxlamaq da mümkün deyil. Dərilən lalə saplağından qopandan bir neçə saat sonra ləçəklərini tökür.

Lakin yaşıl otlar arasından qızaran görüntü çölə-düzə göz oxşayan gözəllik verir.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *