Bakıda saxta pulla alış-veriş edən şəxs tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Bakıda saxta pulla alış-veriş edən şəxs tutuldu

Bakıda saxta pulla alış-veriş edən şəxs tutuldu


Bir neçə gün əvvəl gecə saatlarında Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində naməlum şəxs Bakı şəhər sakinləri Elçin Ələsgərovun və Səyyad İsmayılovun mağazalarında hər birinə bir ədəd 20 manatlıq saxta əskinas verərək alış-veriş edib. Ancaq sonradan polis onu zərərsizləşdirə bilib.

Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsin İsmayıllı rayon sakini 20 yaşlı Cəfərli Coşqun Ələkbər oğlu olması müəyyən olunaraq tutulub. Öz ifadəsində Coşğun Cəfərli həmin saxta əskinasları Bakının Nizami rayonu, 8-ci km qəsəbəsində tapdığını deyib.

Əskinasların saxta olduğunu dəqiqləşdirən Coşğun onlardan yaxasını qurtarmaq əvəzinə, pula çevirmək qərarına gəlib. Beləcə yaşadığı ünvana gedənə qədər bir neçə dəfə ayrı-ayrı mağazalara girən 20 yaşlı gənc həmin dəyərsiz kağız parçalarını dəyərləndirib.

Satıcının ayıq-sayıqlığı Coşğunun saxta əskinaslara olan coşğun həvəsinə də son qoyub. Bundan sonra əraziyə polis əməkdaşları çağırılıb və o saxlanılıb. Bu cinayət əməli hazırda Binəqədi RPİ-nin istintaqçıları tərəfindən araşdırılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *