Bakıda şok: Bəy gəlini toyda döydü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda şok: Bəy gəlini toyda döydü

Bakıda şok: Bəy gəlini toyda döydü


Aprelin 25-i Bakıda inanılmaz hadisə baş verib.

AzNews.info xəbər verir ki, Axar.az-a verilən məlumatda “Xudafərin” şadlıq sarayında keçirilən toyda bəyin gəlini hamının gözləri qarşısında döydüyü bildirilir. Mənbənin qeydlərinə görə, bəy qəflətən gəlinə hücum çəkib, ona ardıcıl zərbələr endirib və həyat yoldaşı olacaq xanım huşunu itirib.

Davaya gəlinin qohumları müdaxilə edərək bəyi sakitləşdirməyə çalışıblar və gəlini bəyin əlindən zorla xilas ediblər. Lakin qohumlar arasında qarşıdurma yaranıb və kütləvi dava gecə saat 01 radələrinə qədər davam edib.

Bəyin gəlini döyməsinin səbəbləri açıqlanmır. Ehtimal olunur ki, məclisə gələn qonaqlardan biri bəy tərəfindən arzuolunmaz şəxs imiş və onu gördükdən sonra gəlinlə bəy arasında mübahisə yaranıb. Məlumatda deyilir ki, Azərbaycanda kuryoz hadisə sayıla biləcək bu insidentlə bağlı restoran rəhbərliyi tədbir görə bilmədiyini anlayıb və polisə xəbər verib.

Şadlıq sarayına Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları gəlib. Hadisə zamanı 30 nəfər saxlanıb, bəy də daxil olmaqla polisə aparılıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 20 avqust 2015 01:01
  • Yazan: Ishan
Ca gronde de plus en plus, mais bong sang, POURQUOI les gens, les me9dias, menttet autant de temps e0 se re9veiller ? C est comple8tement surre9aliste. Ca cre8ve les yeux cette histoire et les gens dorment !Ils dorment.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *