Bakıda sərnişin avtobusu qəza törətdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda sərnişin avtobusu qəza törətdi

Bakıda sərnişin avtobusu qəza törətdi


Bakının Binəqədi rayonunda sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat qəzası baş verib. Hadisə rayonun Azadlıq prospektində qeydə alınıb. Qəza zamanı 13 saylı xətt marşurutu ilə hərəkətdə olan sərnişin avtobusunun qarşısına qəflətən yolu keçməyə çalışan piyada çıxıb. Sürücü avtomobilin əyləci basaraq avtobusu saxlayan zaman isə arxadan gələn “KIA” markalı avtomobil ona çırpılıb. Hadisə zamanı sərnişin avtobusu dayanacağa getdiyindən boş olub. Qəza nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Qəzadan sonra hadisə yerinə Bakı Şəhər Dövlət yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Sürücülərin izahatları alınıb. Avtomobillər isə evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb. Qəzanın səbəblərinin müəyyən edilməsi istiqamətində başlanan araşdırmalar davam etdirilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *