Hotellərdə elektrik enerjisinin dayandırılması məsələsinə rəsmi aydınlıq gətirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Hotellərdə elektrik enerjisinin dayandırılması məsələsinə rəsmi aydınlıq gətirildi

Hotellərdə elektrik enerjisinin dayandırılması məsələsinə rəsmi aydınlıq gətirildi


“Azərişıq” ASC bəzi hotellərdə elektrik enerjisinin dayandırılması məsələsinə aydınlıq gətirib.

AzNews.info xəbər verir ki, ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hotellərdə elektrik enerjisinin təftişi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim edilən siyahı əsasında aparılır:

“Belə ki, 1-ci Avropa Oyunlarında ölkəmizə gələn qonaqlara xidmət edəcək obyektlərin daxili elektrik təchizatı sisteminin beynəlxalq standartlara cavab verməsinin monitorinqi aparılır. Bəzi hotellərdə elektrik enerjisinin dayandırılması aparılmış monitorinq nəticəsində obyektlərə verilən tələblərin icra olunmaması ilə əlaqədardır. Belə ki, elektrik avadanlıqlarına baxış keçirilərkən texniki istismar qaydalarının tələblərinə cavab verməyən bəzi qüsurlar aşkarlanıb”.

Qeyd olunub ki, qüsur aktları tərtib edilərək “Elektrik enerjisindən istifadə qaydaları”na əməl etməyən hotellərin administrasiyasına göstərilən qüsurların aradan qaldırılması haqqında məlumat verilib.

I Avropa Oyunlarının keçiriləcəyi obyektlərin, hotellərin, restoranların, bulvar və parkların, hətta küçələrin elektrik enerjisi təchizatı üzrə “Azərişıq” ASC-nin monitorinqi davam etdirilir.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *