Bakıda 20 minlik oğurluq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Bakıda 20 minlik oğurluq

Bakıda 20 minlik oğurluq


Bakıda 20 min manata yaxın pul və zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən iki nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakinləri - 1992-ci il təvəllüdlü Qasım Bəylər oğlu Qüdrətli və 1993-cü il təvəllüdlü İlqar Nazim oğlu Aslanov tutulub.

Saxlanılan şəxslər Səyavuş Aslanovun F.Mirzəyev küçəsində yerləşən evini qarət etməkdə şübhəli bilinirlər.

Qeyd edək ki, martın 25-də Səyavuş Aslanovun F.Mirzəyev küçəsində yerləşən evindən pəncərəni sındırmaqla içərisində 18 min 600 manat və qızıl-zinət əşyaları olan seyfi oğurlanıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *