150 nəfəri öldürdüyü iddia edilən pilot barədə şok fakt » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

150 nəfəri öldürdüyü iddia edilən pilot barədə şok fakt

150 nəfəri öldürdüyü iddia edilən pilot barədə şok fakt


Airbus A-320 sərnişin təyyarəsini qəsdən qəzaya uğratdığı bildirilən ikinci pilot Andreas Lyubiçin törətdiyi dəhşət barədə yeni faktlar ortaya çıxıb.

ANS PRESS-in məlumatına görə, Fransada qəzaya düşən "Germanwings" şirkətinə məxsus təyyarənin pilotu Andreas Lyubiçin baş verən hadisədən bir neçə gün əvvəl internetdən intihar üsulları axtardığı bildirilir. Bu barədə Düsseldorf Prokurorluğu məlumat yayıb.

Prokurorluğun yaydığı məlumatda, həmçinin onun pilot kabinəsi qapısının təhlükəsiliyi haqqında informasiya topladığı da vurğulanır.

Qeyd edək ki, martın 24-də 4U 9525 reysilə Barselonadan Düsseldorfa yollanan təyyarə 8 dəqiqəlik sürətli enişin ardından qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 150 adam həlak olub. Qəzada günahkar kimi pilot Andreas Lyubiç göstərilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *