Sultan Süleymanın ürəyi tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Tarix

Sultan Süleymanın ürəyi tapıldı

Sultan Süleymanın ürəyi tapıldı


Macarıstanda Osmanlı sultanı Süleyman Qanuninin daxili orqanlarının dəfn olunduğu yer müəyyən edilib.

ANS PRESS-in məlumatına görə, Macarıstanın Szigetvar şəhəri yaxınlığında Sultan Süleymanın daxili orqanlarının dəfn olunduğu ehtimal edilən bölgədə axtarış işləri iki ilə yaxın davam edib. Nəticədə tarixi Szigetvar qalasından 7 kilometr məsafədə sultanın daxili orqanlarının basdırıldığı yer təsbit edilib. Axtarışları həyata keçirən arxeoloqların sözlərinə qazıntı işləri şəhər ətrafındakı 18 ayrı yerdə aparılıb.

1520-ci ildən 1566-cı ilədək Osmanlı imperiyasına başçılıq edən və Avropada bir sıra fəthlərə imza atmış Sultan Süleyman Qanuni 1566-cı ildə Macarıstanın Szigetvar şəhərinin mühasirəsi zamanı həlak olmuşdu. Qanuninin nəşinin İstanbula çürümədən aparılması məqsədilə onun ürəyi və daxili orqanları çıxarılmış, müşk və ənbərlə yuyularaq basdırılmışdı. Onların basdırıldığı yer isə məlum deyildi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *