Yasamalda “TOYOTA” və üç “Mercedes” toqquşub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto

Yasamalda “TOYOTA” və üç “Mercedes” toqquşub

Yasamalda “TOYOTA” və üç “Mercedes” toqquşub


Yasamal rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı üç “Mercedes” və bir “TOYOTA” markalı nəqliyyat vasitələri toqquşub. Qəza isə Yasamal rayonu Şərifzadə küçəsində qeydə alınıb. Hadisə zamanı əvvəlcə Şərifzadə küçəsində Tural Hidayətov idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə işıqforun qırmızı işığında dayanan Ramiz Əlirzayevə məxsus eyni markalı avtomobillə toqquşub. Daha sonra isə nəqliyyat vasitələri “TOYATA” və İntiqam Qarayevə məxsus başqa bir “Mercedes” markalı avtomobillərə də çırpılıb.

Qəzadan sonra hadsə yerinə Yasamal rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşlaı cəlb olunub. Hadisəyə səbəb olan “Mercedes”in sürücüsü Tural Hidayətov və əzilən digər nəqliyyat vasitələrinin sahiblərinin sənədləri yoxlanılıb. Avtomobillər isə cərimə dayanacağına aparılıb. Qəza törədən sürücülərin izahatları alınandan sonra isə hadisəyə hüqqi qiymət veriləcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *