Bakı 2015-dən uşaqlara şad xəbər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, İdman

Bakı 2015-dən uşaqlara şad xəbər

Bakı 2015-dən uşaqlara şad xəbər


İyunun 12-dən 28-dək Bakıda keçiriləcək birinci Avropa Oyunları-2015-in biletləri artıq satışdadır.

ANS PRESS-in məlumatına görə, yaşlılar üçün biletlərin qiyməti 2-5 manatdır. Qiymətlər yarışın mərhələsi, keçirilmə yeri və tamaşaçı yerinin kateqoriyasından asılıdır. Uşaqlar və 16 yaşdan kiçik yeniyetmələr üçün giriş sərbəst olacaq. Lakin bu zaman onların yanında yaşı 18-dən çox, üzərində şəxsiyyət vəsiqəsi və bileti olan şəxsin olması lazımdır.

Yeganə istisna Heydər Əliyev adına İdman-konsert kompleksi və Milli Gimnastika Arenasında yarışlar olacaq - 16 yaşı tamam olmayanlar biletə görə 1 manat ödəyəcəklər. Açılış mərasiminə biletlərin qiyməti 20 manat, bağlanış mərasimi isə 10 manat təşkil edir.

Bakı 2015 Avropa Oyunlarının Milli Stadiondakı açılış mərasimində isə biletlər 200(A), 100(B), 50(C), 20(D) AZN arasında dəyişir.
Milli Stadiondakı bağlanış mərasimində isə biletlərin qiyməti 100(A), 50(B), 20(C), 10(D) AZN olacaq.

Qeyd edək ki, bilet alışı üçün tələb olunanlar: Ödəniş tam şəkildə və yalnız kredit kartı vasitəsilə edilməlidir.

Biletləri Avropa Oyunlarının baku2015.com rəsmi saytından almaq olar.

Bakı 2015 Avropa Oyunlarının rəsmi saytına istinadla verdiyi məlumata görə, onlayn bilet satışı üçün qeydiyyat 4 Mart 2015-ci il tarixindən etibarən başlayıb. Bütün qeydiyyatdan keçmiş tamaşaçılar yarış sessiyaları barədə yenilənmiş məlumatı, yarış cədvəlində olan hər hansı dəyişikliklər və tamaşaçılar üçün başqa faydalı məsləhətləri alacaqlar.

20 Mart 2015-ci ildən etibarən, bütün qeydiyyatdan keçmiş tamaşaçılar bilet alışını yalnız eyni hesab vasitəsilə həyata keçirə bilərlər.

Qeydiyyat üçün tələb olunanlar bunlardır:
Azərbaycan tamaşaçıları: 16 yaşdan yuxarı olan şəxslər, etibarlı ŞV, əlaqə vasitələri
Beynəlxalq (əcnəbi) tamaşaçılar: 16 yaşdan yuxarı olan şəxslər, etibarlı səyahət sənədləri (pasport), əlaqə vasitələri.
- Səfər sənədlərinə aid təfsilatlar nə üçün lazımdır?
- Bakı 2015 Avropa Oyunları üçün sadələşdirilmiş viza proseduru bütün əcnəbi tamaşaçılar üçün tətbiq olunacaq. 2 İyun 2015-ci ildən etibarən, əcnəbi tamaşaçılar Azərbaycan beynəlxalq hava limanlarına daxil olduqları zaman səfərə aid sənədlərini və bilet alışının təsdiqi formasını göstərməklə 30 günlük birdəfəlik viza ilə təmin olunacaqlar.
Səfər edən qrupdakı bütün bilet sahiblərinə aid olan məlumat bu sənəddə qeyd olunmalıdır.

Qeyd edək ki, onlayn alınan bütün biletlər tədbirdən öncə bilet alışının təsdiqi formasını təqdim etməklə alınmalıdır. Rahatlığınız və növbədə durmamağınız üçün biletlərinizi tədbirdən öncə almanızı təkidlə tövsiyə edirik.

Biletlərinizi 3 Aprel 2015-ci ildən etibarən Rəsmi Şəhər Bilet Satışı Məntəqələrindən, 12 İyunda isə Yarış Obyektinin Bilet Satışı Kassalarından əldə edə bilərsiniz. Bilet almaq üçün bilet satışı məntəqələrinin siyahısı tezliklə Bilet Satışı veb səhifəsində dərc ediləcək.

İctimaiyyətə Bakı 2015 Avropa Oyunları ilə bağlı 280-dən çox yarış sessiyası üçün təxminən 600,000 bilet satışı nəzərdə tutulur.

Bakı 2015 Rəsmi Bilet Satışı Məntəqələri:

Metro Park Ticarət Mərkəzi – Bakı, Nərimanov qəs., Təbriz küç. 106 A
28 Mall Ticarət Mərkəzi – Bakı, Nəsimi qəs. Azadlıq pros. və Fizuli küç. kəsişməsi
Park Bulvar Ticarət Mərkəzi - Bakı, Neftçilər pro.
Tofiq Bəhramov adına Respublika Stadionu - Bakı, F.Xoyski pros. 98 А
McDonald`s restoranları:

Əhmədli - Bakı, M.Hadi və Çapayev 2322
Neftçilər - Bakı, Q.Qarayev pros. 59
Fəvvarələr Meydanı - Bakı, Nizami küç. 340
UR Style Satış Məntəqələri:

Heydər Əliyev Sarayı - Baku, Bülbül pros. 35
Azərbaycan kinoteatrı – Bakı, Ə.Əlizadə küç. 7
Nizami küç. və Bülbül pros. kəsişməsi
Azadlıq Meydanı – Bakı, Üzeyir Hacıbəyov küç. 69
Asan Xidmət - Abbas Mirzə Şərifzadə, 157

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *